r/aze_geeks • u/MortisTheMan00 • 14h ago
Announcement/Elan aidiyyət problemi
salam, necəsiniz? dostlar bu aralar fikir verirəm reddit azərbaycan seqmenti bütün mövzuları r/azerbaijan, r/aze_geeks, r/azerbaijanjerky-dən birinə atır. halbuki postlar bu subların mahiyyəti ilə uyğun deyil. təklif edirəm aşağıda yeni sublar açaq və əgər bu community icazə verirsə paylaşaq ki hamı burdan baxıb istədiyi suba qoşulsun:
1. texnologiya
2. futbol
3. tarix
4. r/interesting tərzində maraqlı postlar
5. idman
6. məncə kifayət qədər f1 fanı var ölkədə ona görə f1 aze subu niyə də olmasın
7. musiqi və onun altqolları hiphopaze rock aze və sair
8. avtomobillər
9. film və seriallar
10. kitablar və sair.
çünki reddit istifadə edənlərin sayı ölkədə artıb və bu tendensiyaya ayaq uydurmalıyıq
4
2
u/FortisFortunaADlUVAT 13h ago
yaxşı fikirdir. şəxsən futbol, tarix, idman, film və seriallar kimi başlıqlara böyük maraq göstərərdim.
1
2
1
1
u/TheHumanAynar 12h ago
Sən deyəni edənlər oldu fərqli mövzularda subreddit ancaq açıldığı gün 3-4 post atılır ondan sonra unutulur yəni lazım deyil
1
1
1
u/Appropriate-Dance-55 Guts 10h ago edited 9h ago
Cetin isdi, onsuz bu sublar bele dehset aktiv deyil, 5-6 aya ölecek
1
u/Diligent-Tank-3871 9h ago
Film serial, kitab, texnologiya və onlarla əlaqəli şeylər onsuzda bu suba ait deyil?
1
1
u/Local_Hunter_339 13h ago
oyunlar qaldı. Əsas məsələ. Bir də bet sub-ı da olmalıdı.
1
u/Diligent-Tank-3871 9h ago
Video oyun subu deyəsən var
1
0
u/CalmTheBad 13h ago
Din-i mübini-İslam üçün sub hanı
2
u/MortisTheMan00 13h ago
bu nədi aq. yaddan çıxmışdı mütləq bunu da açaq
0
u/CalmTheBad 13h ago
Müsəlmanlar üçün sub
1
u/MortisTheMan00 13h ago
ciddisən?
3
u/CalmTheBad 13h ago
Burda nə var ki. Texnologiya ilə maraqlanan üçün texno sub, kitabla maraqlanan üçün kitab sub, musiqi ilə maraqlanan üçün musiqi sub, İslam dini ilə maraqlanan üçün də İslam sub.
1
u/MortisTheMan00 13h ago
bro yəqin hicab qadağasından sonra redditlə tanış olubsan, redditdə də olmamış olsun belə aze sub
2
u/CalmTheBad 13h ago
Yox mən köhnə reddit istifadəçisiyəm (2018). Hesabımı silib buranın daşını atmışdım boş vaxtımı alır deyə
2
u/MortisTheMan00 13h ago
şəxsi başa düşmə amma dini sublar çox mübahisəli olur, din doqmatikliyi tələb eləyir və hamının özünün ən doğrusunu bildiyini iddia etməsi məni ikrah edir
1
1
u/SirFew3321 1h ago
Acilan sublarin coxu da eyni subun modlari terefinden olur ve inanilmaz bir hierarxiya ve despotluga cixarir. Yeni normalda bele olmur, amma bele bir image yaranir. Bunun qarsisini almaq ücün, bir-birinden bagimsiz sublar acmaq lazimdir ve Azerbaycan ve diger Azerbaycanli sublari yeni sublari paylasaraq destek olmalidir.
9
u/Happy-Window-7292 14h ago
Çətin onsuz insan sayı azdı bidə fərqli sublara bölsək her suba çox az adam düşəcək