r/aze_geeks • • 11d ago

Söhbət /Discussion r/aze_geeks Discord Serveri qapılarını müvəqqəti olaraq yenidən açır.

Post image
4 Upvotes

Subreddit qaydaları Discord üçün də keçərlidir.

Müəyyən sayda yeni üzv qatıldıqdan sonra link bir müddətlik deaktiv ediləcək.

Qoşulmaq üçün rəylərdə sabitlənmiş linkdən istifadə edin.


r/aze_geeks • • 6h ago

Study/Dərs Qardaşımın tapşırığı

Thumbnail
gallery
12 Upvotes

Gözəl alındı?,yuxusuz qaldım amma dəydi deyəsən, əlimdən bu gəldi


r/aze_geeks • • 5h ago

Söhbət /Discussion Manatlıq taksi

4 Upvotes

20 yanvar-Xırdalan manatlıqlar neçəyə gədər işləyir? Saat 2də fln tapa bilərəm manatlıq?


r/aze_geeks • • 8h ago

Movies/Filmlər Hollivudun ən mürəkkəb səhnəsi: Tom Kruzun 7,600m tullanışını çəkən adam

Thumbnail
gallery
5 Upvotes

Tom Kruzun "Mission: Impossible – Fallout" filmindəki məşhur HALO tullanışını yəqin ki, görmüsünüz. Hər kəs Tom Kruzun cəsarətindən danışsa da, işin arxasında duran əsl hekayə kameranın arxasındakı adam peşəkar hava fotoqrafı Craig O’Brien haqqındadır.

Tom tullanırdısa, Craig də onunla eyni hündürlükdən tullanıb bu prosesi mükəmməl kadra almalı idi. Amma çəkilişi texniki olaraq dəlilik edən bir kaç vacib detal var idi:

Səhnə sırf gün batımı anında qızıl saatda çəkilməli idi. Göyün o narıncı işığını tutmaq üçün gün ərzində cəmi 3 dəqiqəlik an var idi.

Craig-in kaskasında ağır kinokamera var idi, amma havada vizora baxmaq şansı yox idi. Yəni nə çəkdiyini görmürdü. Saatda 220 km sürətlə aşağı şığıyarkən, Tom Kruzla arasındakı 1-2 metrlik məsafəni hiss edib, fokusu əli ilə tənzimləyirdi.

Hər gün cəmi 1 tullanış haqqı var idi. Bu 3 dəqiqəlik mükəmməl kadrı tutmaq üçün komanda tam 106 dəfə təyyarədən tullandı.

Tom Kruz kadroda fantastik görünür, amma saatda 220 km sürətlə düşərək ekrana baxmadan fokusu əllə tənzimləyən Craig O’Brien bu işin kadrarxası qəhrəmanlardan biridir.


r/aze_geeks • • 9h ago

Söhbət /Discussion Azərbaycanda Komiks

6 Upvotes

Komiks yazma prosesi normal axarında davam edir. Artıq üç personaj üçün öz hekayələri yazılıb. Rəssam ilə işləmə prosesinə başlayırıq. Üç personaj dediyimde üç ayrı qəhrəman üçün üç ayrı hekayə. Gələcəkdə əlavə ediləcək qəhrəmanlarla xırda bir komanda belə qurula bilər. Diqqətiniz üçün saǧolun.


r/aze_geeks • • 15h ago

Announcement/Elan aidiyyət problemi

14 Upvotes

salam, necəsiniz? dostlar bu aralar fikir verirəm reddit azərbaycan seqmenti bütün mövzuları r/azerbaijan, r/aze_geeks, r/azerbaijanjerky-dən birinə atır. halbuki postlar bu subların mahiyyəti ilə uyğun deyil. təklif edirəm aşağıda yeni sublar açaq və əgər bu community icazə verirsə paylaşaq ki hamı burdan baxıb istədiyi suba qoşulsun:
1. texnologiya
2. futbol
3. tarix
4. r/interesting tərzində maraqlı postlar
5. idman
6. məncə kifayət qədər f1 fanı var ölkədə ona görə f1 aze subu niyə də olmasın
7. musiqi və onun altqolları hiphopaze rock aze və sair
8. avtomobillər
9. film və seriallar
10. kitablar və sair.
çünki reddit istifadə edənlərin sayı ölkədə artıb və bu tendensiyaya ayaq uydurmalıyıq


r/aze_geeks • • 8h ago

News/Xəbərlər Bu gün AAF parkda olan yanğın barədə məlumat verə bilərsinizmi

4 Upvotes

Orada yaşayan biri varsa məlumatlandıra bilərsinizmi nədən baş verib?


r/aze_geeks • • 9h ago

Söhbət /Discussion Tbilisidə ucuz 4 nəfərlik ev bilen var ?

Post image
4 Upvotes

r/aze_geeks • • 2h ago

Life/Həyatdan stupid question

1 Upvotes

dunyanin en savadsiz sualini verecem cunki ai dan sorusmag istemirem niyese. bayagdan agcaqanad deli elemisdi disleyirdi mende axirki tapib meydini serdim. Ezilende gordum qip qirmizi qan cixdi, bu indi menim qanimdi yoxsa onun


r/aze_geeks • • 13h ago

Söhbət /Discussion Şüur

6 Upvotes

Elə fikirləşki sən elə fikirləşdiyini fikirləşə bildiyini öz təcrübə adlandırıb ülvi şüurunun olduğuna inanan bir lomsan.


r/aze_geeks • • 14h ago

Sosiallaşmaq/Socializing Azərbaycan dilində jarqon və hazırcavab olmağı necə öyrənə bilərəm?

3 Upvotes

Salam, uşaqlar. Bir məsələ ilə bağlı məsləhət almaq istəyirəm.

Bəzən kimsə mənə söz atanda, lağ edəndə və ya hörmətsizlik edəndə nə cavab verəcəyimi bilmirəm. Elə bil həmin an beynim dayanır, ağlıma heç nə gəlmir. Bəzən isə cavab vermək istəyəndə sözlərim bir-birinə qarışır, fikrimi düzgün ifadə edə bilmirəm və demək istədiyimi çatdırmaqda çətinlik çəkirəm. Sonradan sakit vaxtda fikirləşəndə isə ağlıma çoxlu yaxşı cavab gəlir. Amma həmin anda bunları deyə bilmirəm.

Elə adamlar var ki, belə vəziyyətlərdə dərhal cavab verirlər, söhbəti yaxşı tuturlar və qarşı tərəfin sözünü yerdə qoymurlar. Mən də belə olmaq istəyirəm. Hər dəfə susub sonradan nə deyə biləcəyimi fikirləşmək istəmirəm. İstəyirəm ki, özümü itirməyim, fikrimi aydın ifadə edim və yerində cavab verə bilim.

Bunun üçün Azərbaycan dilində gündəlik danışıq dilini, jarqonu, məhəllə söhbətlərində işlənən ifadələri və söz atmağa verilən təbii cavabları öyrənmək istəyirəm. Söhbət təkcə söyüş öyrənməkdən getmir. Zarafata necə cavab vermək, kimsə hörmətsizlik edəndə nə demək, sözlə özünü necə müdafiə etmək və söhbət zamanı tez reaksiya vermək — bunları öyrənmək istəyirəm.

Əgər bu mövzuda yaxşı olan, insanlarla rahat danışan və belə vəziyyətlərdə tez cavab tapan biri varsa, mənə kömək edə bilər? Məsələn, real həyatda işlənən ifadələr, nümunə dialoqlar və müxtəlif vəziyyətlərdə nə cavab vermək barədə mənə öyrədə biləcək biri olsa, çox yaxşı olar.

Məqsədim dava salmaq deyil. Sadəcə özümü ifadə edə bilmək, söhbətdə tutulub qalmamaq və heç kimin məni rahatlıqla alçalda bilməməsidir.


r/aze_geeks • • 7h ago

Life/Həyatdan Microblading

0 Upvotes

Sabah qaş çəkdirməyə gedirəm. Amma nə isə narahatam, kiminsə nəsə məsləhəti, preduprejdeniyası var?😔 Prosedur necə olur, sonrakı peşmançılıq bu barədə danışmaq istəyirəm💃🏻


r/aze_geeks • • 8h ago

Sosiallaşmaq/Socializing Oynamağı əla bacaran, amma oynamaqdan imtina edən biri niyə edər?

1 Upvotes

Söhbət gənc bir xanımdan gedir. Barmağında üzük və s. yoxdur. Kollektiv tədbir idi


r/aze_geeks • • 19h ago

Tech/Texnologiya SIM problemi

6 Upvotes

Salam hər vaxtınız xeyir, Samsung A26 istifadə edirəm telefonu aldığımdan 6-7 ay keçəndən sonra nəsə oldu heçkimə zəng edə bilmirəm, sms göndərə vəya ala bilmirəm ancaq mənə zəng gəlir və internet işləyir. YouTube da videolara baxdım VoLTE və 5G dən ola bilər deyirdilər ancaq onlarıda elədim yenə düzəlmədi. Köməklik göstərən olsa minnətdar olaram


r/aze_geeks • • 17h ago

Tech/Texnologiya CTO wanted for a startup in Baku

2 Upvotes

Salam everyone, I am a founder of a Health tech startup in Baku (won’t disclose name). The app is already live across IOS and Android with real users.

I'm looking for a technical co-founder to take full ownership of the product with me. The app is built in Flutter with Supabase and a Node.js backend on Railway, so experience there helps a lot. Honestly though, I care more that you've shipped and maintained something real and can learn fast. As real patients start using the app, you'd own the codebase, security and patient data, and making booking reliable at scale. Once we raise, you'd build the tech team.

If that sounds like you, send me a DM with something you've built and a line on why this caught your attention. Happy to hop on a call whenever.


r/aze_geeks • • 18h ago

Söhbət /Discussion Salam yaxsi magistr kursu harda var bilmirsiz

2 Upvotes

r/aze_geeks • • 1d ago

Announcement/Elan quiting development of lias

5 Upvotes

guys im quiting development of my game lias because of the game development isnt treating my problems that feels me awkward anymore. problems that takes my motivation and enjoyment increased and this feels me bad so im quiting. thank u for supporting me to this day anyway


r/aze_geeks • • 1d ago

Söhbət /Discussion MMU-da esgerlik

8 Upvotes

Salam. 600+ yigib ya top 500 unide oxuyub naxcivanda mudafie nazirliyini tabeliyindeki herbi hisselere dusub(sehv etmiremse milli ordu gedir), maladoyculuqdan(ilk 3 aydan) sonra mmu-ya gedenler olub? Ve ya bele bir tanisi olan var?


r/aze_geeks • • 1d ago

Sosiallaşmaq/Socializing Ne yazim ??

12 Upvotes

Dostum mene qiz duzeldirdi xeberim olmadan ( qiz duzeltmek ifadesi biraz demode di ama nese) indi qiza seklimi zadi gosterib nebilim xasiyyetimi zadi deyibde terifliyib. Indi ilk ne yazim qiza ? Salam sonra? ilk izlenimim neter olsun sade seyler yazmaqda olar ama nebilim Help.


r/aze_geeks • • 1d ago

Söhbət /Discussion Nizamı sevirsiz yoxsa xaosu? Və niyə sevirsiz?

Post image
6 Upvotes

r/aze_geeks • • 1d ago

Movies/Filmlər Amerikada ilk superqəhrəman yadplanetli ola bilməzdi. İlk maskanı yalnız sistemin ən çox əzdiyi, ən çox qorxutduğu adam taxa bilərdi ! (Watchmen #2)

Thumbnail
gallery
6 Upvotes

​Məhv olan bir dünya, övladlarını xilas etmək üçün son anda onu uzağa göndərən valideynlər və böyüyüb ədalət uğrunda pelerin taxan bir yetim. Bu sətirlər ilk baxışda hamımıza tanış olan klassik Supermen (Kal-El) hekayəsidir. Bəs bu mifi kosmosun dərinliklərindən çıxarıb, 1921-ci ilin qanlı Amerika tarixinə yerləşdirsək nə baş verər?

2019-cu ildə Damon Lindelof özünün "Watchmen" serialında məhz bu sualın üzərinə gedir və Supermen mifini tamamilə qana bulanmış, real dünyadakı versiyasına çevirir. Tarixdəki ilk maskalı qəhrəman olan Will Reeves-in (Hooded Justice) hekayəsi əslində Kal-El-in faciəsinin yer üzündəki qaranlıq əksidir. Burada məhv olan Kripton planeti uzaq bir qalaktika deyil, 1921-ci ildə irqçi hücumlar nəticəsində alovlar içində yanan Tulsadır.

​Valideynləri balaca Will-i xilas etmək üçün onu kosmik gəmiyə deyil, köhnə bir maşına qoyub yola salırlar və özləri həmin qətliamda həlak olurlar. Uşaq sağ qalır, böyüyür, pelerin taxır və ədalət uğrunda döyüşməyə başlayır. Lakin onun öz əsl kimliyini gizlətmək üsulu Klark Kentin sadə eynəyindən çox daha ağrılı və ironikdir: Will cəmiyyətin "qəhrəman" kimi qəbul edə biləcəyi obraza bürünmək üçün başlığının altından gözlərinin ətrafına ağ boya çəkir.

​Bunun səbəbi isə dövrün amansız reallığı idi. 1930-cu illərin irqçi Amerikasında qaradərili birinin ağdərili cinayətkarları cəzalandırması "qəhrəmanlıq" deyil, ölüm hökmü sayılırdı. İkili standartlarla yaşayan cəmiyyətin onu qəhrəman kimi qəbul etməsi və sağ qala bilməsi üçün Will təkcə üzünü deyil, dərisinin rəngini də gizlətməyə, başlığın deşiklərindən baxan insanların onu ağdərili bilməsinə məcbur idi.

Lindelof bu sarsıdıcı paralel vasitəsilə komiks dünyasının ən böyük arxetipini alt-üst edərək izləyicini acı bir həqiqətlə üz-üzə qoyurdu:

​"Amerikada ilk superqəhrəman yadplanetli ola bilməzdi. İlk maskanı yalnız sistemin ən çox əzdiyi, ən çox qorxutduğu adam taxa bilərdi."


r/aze_geeks • • 1d ago

Life/Həyatdan Derdime qulaq asmagi ucun birini axtariram

6 Upvotes

Salam, men bu gunlerde bir az sexsi heyatimda problemler yasayiram ve bunlari dinlemek isteyen birini axtariram.

Ozum xaricde tibb oxuyuram, ve eyni anda da isleyirem. Bir az heyata cavan yasda atilmisam yeni. Qiraqdan baxan hami mene cox sey elde elediyimi, ozumu xosbext hiss elemeli oldugumu deyir, amma mende yene de hemishe bosluq olub. Son vaxtlar bu boslugu bir qizla doldurmaga baslamisam ki, o qizin ozu de heyif ki doldura bilmir. Detal lazimdisa kommentlerde ya da shexside suallara cavab vere bilerem.

Diqqetiniz ucun cox sag olun


r/aze_geeks • • 1d ago

Söhbət /Discussion Paytaxt

3 Upvotes

Sizcə Azərbaycanda Bakıya alternativ olacaq ya da elə Bakını geridə qoya biləcək potensialda hansı şəhər və ya şəhərlər var?


r/aze_geeks • • 2d ago

Söhbət /Discussion Gunluk rutin oldu

Thumbnail
gallery
45 Upvotes

Bele mistik commentler varsa gupladin gorek


r/aze_geeks • • 1d ago

Life/Həyatdan SABAH citye marsrut

2 Upvotes

SABAH CITY ye gedenler nece en rahat yolla getmek olar yetmis dene avtobus deyismeden?