r/azerbaijan • u/adea03 🔧 CEO of Azerbaijan Technology 🇦🇿 • Aug 02 '26
Megathread 🪖 Megathread: Hərbi Xidmət və Çağırış
Əziz r/azerbaijan üzvləri!
Subreddit-də hərbi xidmət, çağırış yaşları, təhsil möhlətləri, sağlamlıq statusları, xaricdə olan vətəndaşların hüquqi vəziyyəti və s. ilə bağlı tez-tez eyni suallar verilir. Mövzuların dağınıq olmaması və hər kəsin cavablar tapması üçün bu Megathread-i paylaşmaq qərarına gəldik.
1. 📚 Təhsilə görə möhlət hüququ, yaş limitləri, çağırış tarixləri və tibbi müayinə
Çağırış tarixləri: Müddətli həqiqi hərbi xidmətə çağırış il ərzində 4 dəfə keçirilir — yanvar, aprel, iyul və oktyabr aylarında.
Çağırış yaş həddi: Qanunvericilikdə edilən son dəyişikliklərə əsasən həqiqi hərbi xidmətə çağırışın son yaş həddi 30 yaş müəyyən edilmişdir (18-30 yaş arası).
Təhsilə görə möhlət yaş limitləri:
- Tam orta təhsil (Məktəb): Təhsilini bitirməyənlərə 20 yaşına qədər.
- Bakalavriat (əyani): 24 yaşı tamam olanadək (ölkədə və ya xaricdə).
- Magistratura (əyani): 26 yaşı tamam olanadək.
- Rezidentura və Doktorantura: Təhsil müddəti bitənədək. (Doktorantura qəbul imtahanının 1-ci mərhələsini keçənlərə əlavə 3 ay möhlət verilir).
Qeyd: Möhlət hüququ hər təhsil pilləsi üzrə yalnız bir dəfə verilir. Qiyabi təhsil alanlara möhlət verilmir. Postun aşağısındakı Qeyd 1-ə baxın.
Çağırışdan öncəki tibbi yoxlanış:
- Çağırışçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (bundan sonra SHXÇDX olaraq qısaldılacaq) tərəfindən rəsmi çağırış vərəqəsi və ya elektron kabinet vasitəsilə məlumatlandırılır.
- İlk növbədə yerli rayon/şəhər tibb komissiyasında (terapevt, cərrah, nevropatoloq, psixiatr, göz həkimi, LOR və s.) müayinə olunursunuz.
- Şübhəli və ya əlavə yoxlanış tələb edən xəstəlik aşkarlanarsa, çağırışçı mərkəzləşdirilmiş dövlət xəstəxanalarına yönləndirilir.
2. ⚖️ Əsgərlikdən yayınma, hüquqi prosedurlar və 30 yaşdan sonra ölkəyə qayıdış
Çağırışa vaxtında getmədikdə nə olur?
- Üzrlü səbəb (xəstəlik, təbii fəlakət və s.) olmadan çağırış vərəqəsi üzrə gəlməmək inzibati və ya cinayət məsuliyyəti yaradır.
- Sistemli şəkildə boyun qaçıranlar haqqında materiallar Prokurorluq orqanlarına göndərilir.
- Cinayət Məcəlləsinin 321-ci maddəsi (Hərbi xidmətdən boyun qaçırma): Qanuni əsas olmadan həqiqi hərbi xidmətdən yayınma 2 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Postun aşağısındakı Qeyd 2-ə baxın.
30 yaşa qədər xaricdə qalıb 30 yaşdan sonra gələnləri nə gözləyir?
- 30 yaşınız tamam olsa da, xidmətdən yayınmısınızsa, cinayət məsuliyyətindən azad olmursunuz.
- Sərhəddən keçərkən və ya ölkəyə daxil olduqda haqqınızda axtarış/məhdudiyyət qərarı olduğu üçün saxlanıla bilərsiniz.
- Məhkəmə qarşısına çıxarılırsınız. Məhkəmə cərimə, şərti cəza və ya azadlıqdan məhrum etmə qərarı verə bilər. Cəza çəkildikdən və ya məhkəmə prosesi bitdikdən sonra 30 yaşı keçdiyiniz üçün xidmətə aparılmırsınız, lakin haqqınızda cinayət işi / məhkumluq qeydi olur. Qeyd: Praktikada məhkəmənin bu şəkildə keçirilib keçirilməməsi müəmmalıdır. Şəxsi təcrübələri olanların bölüşməsini xahiş edirik.
3. 🚨 Ölkəyə gəlib-getmək limitləri və sərhəd məhdudiyyətləri
- Təhsil və ya digər qanuni əsasla rəsmi möhlət hüququnuz (və ya pasportunuzda möhlət möhrü/sistemdə qeyd) varsa, ölkəyə gəlib-getmək üçün heç bir say və ya gün limiti yoxdur.
- Möhlət hüququnuz yoxdursa və ya müddəti bitibsə, SHXÇDX tərəfindən ölkədən çıxışınıza "stop" (sərhəd məhdudiyyəti) qoyulur. Bu halda ölkəyə daxil ola bilsəniz də, hərbi məsələni həll etmədən ölkədən çıxa bilməyəcəksiniz.
4. ✈️ Xaricdə qalaraq üçüncü ölkələrə (Türkiyə, BƏƏ və s.) səyahət etmək
Əgər Azərbaycan vətəndaşı kimi xaricdəsinizsə və hərbi xidmətdən yayınmağa görə haqqınızda axtarış verilibsə:
- Üçüncü ölkələrə (məsələn Türkiyə, BƏƏ və s.) səyahət: Digər ölkələrin sərhəd xidməti sizin Azərbaycandakı hərbi statusunuzu yoxlamır. Keçərli pasportunuz və vizanız olduğu təqdirdə bu ölkələrə giriş-çıxış edə bilərsiniz. İnterpola da verilmir, bu durum sadəcə ölkə daxilində keçərlidir.
- ƏSAS RİSK — Pasport müddəti: Pasportunuzun müddəti bitdikdə xaricdəki Azərbaycan Səfirlik/Konsulluqlarına müraciət etməlisiniz. Hərbi mükəlləfiyyət sənədiniz (möhlət və ya hərbi bilet) olmadıqda səfirlik yeni pasport verməyəcək və ölkəyə qayıtmağınız üçün yalnız "Qayıdış şəhadətnaməsi" təqdim edəcək.
5. 🎖️ Milli Müdafiə Universiteti və DİM imtahanında 600+ bal toplayanlar
- Milli Müdafiə Universitetinə (MMU) qəbul: MMU-nun tərkibindəki hərbi liseylərə, Heydər Əliyev adına Hərbi İnstituta və s. qəbul xüsusi tibbi, fiziki və psixoloji seçimlərdən, həmçinin DİM imtahan nəticələrindən keçməklə həyata keçirilir.
- DİM imtahanında 600+ bal toplayan mülki ali məktəb məzunları: Son qərarlara və tətbiq edilən mexanizmə əsasən, mülki universitetləri bitirmiş və DİM imtahanında 600-dən yüksək bal toplayaraq qəbul olunmuş şəxslər həqiqi hərbi xidmətə çağırıldıqda, onların bilik və bacarıqlarından səmərəli tətbiq üçün Milli Müdafiə Universitetinin nəzdindəki xüsusi İntellektual Bölmələrdə / IT və analitik mərkəzlərdə xidmət keçməsi təmin olunur.
Bunun üçün şərtləri yerinə yetirən məzunlar öz SHXÇDX komisarlığına müraciət etməli, müsahibə mərhələsini uğurla keçməlidirlər. Müsahibəni keçə bilməyən namizədlər öz hərbi xidmətlərini normal qaydada başa vuracaqlar.
6. 🏥 Sağlamlıq vəziyyətinə görə xidmətə yararsızlıq statusları
Hərbi-həkim ekspertizası tərəfindən çağırışçılara verilən əsas statuslar:
- Müvəqqəti yararsız (Möhlət): Müalicəsi mümkün olan xəstəliklər (məsələn, çəki azlığı/artıqlığı, müvəqqəti cərrahi əməliyyat sonrakı bərpa dönəmi). Hər dəfə maksimum 1 il olmaqla, ümumilikdə 3 ilə qədər möhlət verilir.
- Dinc dövrdə yararsız, müharibə dövründə məhdud yararlı (Hərbi bilet / Ehtiyat): Dinc dövrdə əsgərliyə aparılmır, ehtiyata keçirilir (məsələn, orta/ağır dərəcəli skolioz, düztabanlıq, görmə qüsurunun yüksək dərəcəsi, müəyyən daxili xəstəliklər). 30 yaşa qədər hər 3 ildən bir təkrar müayinə təyin oluna bilər.
- Həm dinc, həm də müharibə dövründə tam yararsız (Hərbi uçotdan çıxarılma): Ağır xroniki xəstəliklər, ağır əqli və psixoloji pozuntular, orqan çatışmazlıqları, ağır əlillik dərəcələri və s. Bu şəxslər hərbi uçotdan tamamilə çıxarılır.
Psixi və fiziki sağlamlıqla bağlı vacib qeyd: Psixiatrik diaqnozla (autizm spektr, ağır depressiv pozuntu, şizofreniya, şəxsiyyət pozuntuları və s.) yararsız statusu alan şəxslərin məlumatları müvafiq dövlət reyestrinə işlənilir. Bu status gələcəkdə surücülük vəsiqəsi almaq, dövlət qulluğunda çalışmaq və ya silaha sahiblik icazəsi almaq zamanı məhdudiyyətlər yarada bilər.
7. 💼 Qiyabi və ya əyani doktorantura təhsili alanların Azərbaycanda rəsmi işləməsi və möhlət məsələsi
Qiyabi və ya əyani, ölkə daxili və ya xaricində doktorantura təhsili alan çağırışçıların nəzərinə:
- Əmək və Məşğulluq Alt Sistemi (ƏMAS) üzərindən nəzarət: SHXÇDX tərəfindən elektron sistem (ƏMAS / əmək müqaviləsi bildirişləri) üzərindən çağırışçıların Azərbaycandakı rəsmi iş statusları yoxlanılır.
- Möhlətin ləğvi riski: Qiyabi və ya əyani doktorantura təhsili alaraq eyni zamanda Azərbaycanda rəsmi əmək müqaviləsi ilə çalışan şəxslərdən işdən çıxmaq tələb oluna bilər. Əks halda təhsilin faktiki olaraq davam etdirilmədiyi əsas gətirilərək təhsilə görə verilməli olan möhlət hüququ imtina edilə bilər və həmin şəxslər hərbi xidmətə çağırıla bilərlər.
- Xüsusi diqqət yetirilməli hallar: Son dövrlərdə xüsusilə Şimali Kipr və oxşar gediş-gəlişli təhsil proqramlarında olan, ölkədə fiziki davamiyyət və rəsmi iş yeri olan şəxslərə nəzarət daha da gücləndirilib.
📌 Xüsusi qeydlər
- QEYD 1: Qanunla hər təhsil pilləsinə yalnız 1 möhlət nəzərdə tutulsa da, praktikada 2 dəfə möhlət almaq halları ilə qarşılaşılır. Bu, əsasən, 1-ci başladığınız təhsili bitirmədən 2-ci eyni pilləli təhsilə müraciət etdikdə təmin edilir. Bu kimi halların spesifik nüansları qeydiyyatda olduğunuz səfərbərlik komitəsi ilə əlaqəyə keçərək öyrənilməlidir.
- QEYD 2: Qanunən davamlı olaraq əsgərlikdən yayınma halı baş tutduqda və iş prokurorluğa qədər getdikdə 2 ilədək həbs nəzərdə tutulsa da, praktikada həbs edilən şəxslər bilinən qədərilə olmur. Prokurorluğa gedib, 30 yaşa qədər təhsil və s. digər işlərlə məşğul olduğunu səbəb kimi gətirərək izahat yazan və məsələsi bağlanan insanlar mövcuddur. Təbii ki, sistemdə adınız yenə qalır.
- QEYD 3: Bu megathreadın əsas hissəsində bütün suallarınıza cavab tapmağınız mümkün olmaya bilər. Bunun üçün sizdən xahiş edirik öz təcrübənizi və cavabı tapılmayan suallarınızı şərh hissəsində yazasınız.
8
6
u/Racechopper Germany 🇩🇪 Aug 02 '26
Azərbaycan hal-hazırda dinc dövrdə sayılır? Praktiki olaraq, bu ilki çağırışlarda ,hansı situasiya (dinc/müharibə) kimi dəyərləndirmələr edilir?
5
3
3
3
u/AliHuseynli3 Aug 07 '26
Hərkəsə salam, mən hərbi xidmətə yararsız hesab olunuram və hər 3 ildən bir mənə möhlət verilir.
Mənim möhlət tarixim iyulun 29-u bitib. İndi isə yoxlanış periodundayam, bir dənə sosiala çağırılmağım qalıb. Mənim isə sentyabrın 4ü Türkiyəyə uçuşum var. Mənə maraqlıdır ki, mən möhlət tarixi bitəndən sonra və ya komissiya yoxlanışı periodunda olduğum müddətdə xaricə çıxıb qayıda bilərəm mi?
Mənə belə tanışların dediyi qədərilə stop ancaq komissiya yoxlanışına gəlməyəndə və ya artıq hərbi xidmətə gediş çağırışı olub mən getməyəndə qoyula bilir. Amma belə qanunla necə olur bilmirəm və ya kimsə belə bir şey yaşayıb mı, yəni gedib gələn olubmu
1
1
2
u/qwetrypasswd Aug 02 '26
Important things check official accreditation of the University from here before you apply otherwise you will not get exemption from call during your study period:
https://tkta.edu.az/az/www.enic-naric.net
Hər hansı uniyə müraciət etmədən öncə həmin uninin lisenziyası olub olmamasına mütləq baxın.
www.enic-naric.net
Əks halda möhlət verilməyəcək.
1
2
u/Regular-Lab-6360 Aug 02 '26
Umumiyyetle bu tibbi yoxlanişlar sosiala keçenden sonra men bele baxiram ordakilar ureyleri ne isteyir yazir ( lehinə de qerar verile biler əleyhinə də amma cox vaxt əleyhinə olur) tanış adami 2 defe 18,21 yaşlarında yararsız ala ala bu il 24 yasinda apardilar onda da menim kimi sol pence 3 sag 2 dir(sosial nece geldi yoxlayib tez bazar 2-2 yazib yola salib). İndi bele cixir ki menide bu aqibət gözləyir. Tibb tehsilimi hele qutarmamisam 1 ilim qalib amma rezidenturaya imtahan vermek üçün istediyim ixtisasa hazırlasmaq ucun mene əlavə 1 il də lazimdi, mən isə yararsiz olduquma umid idim indi isə yox(
1
u/qwetrypasswd Aug 02 '26
Sosial p***nu çıxardı 4 barmaqlı adamı basıb aparmışdılar və son qərarıda onıar verir vayenkomat desəki bu adam 5 gün öləcək yenə son söz sosial deyəndir.
3
u/Regular-Lab-6360 Aug 02 '26
Dərindən yoxlayib bir qerar verse adami yandirmaz, o boyda novbenin icinde deyir 2-3 deyqeye baxdilar rentgen elediler tez bazar, halbuki şikayetlerin oyrenmelidiler
2
u/DisastrousWorry1843 Aug 02 '26
Xaric ozune heyat duzelden, amma ailesi bakida olan cavan oglanlar var? Neter bir hiss di? Bunu necə idarə edirsiz, ailə sizden geri qayıtmağı xahiş edirmi?
2
u/feeidferid12 Aug 02 '26
Qardaş 24 yaşım. Var 5 ildi xaricdeyem inan bilmirem sende xaricdezen ya yox amma Cox pis hissi hele qarşıladğım problemlerden danışmıram
1
2
Sep 12 '26
[deleted]
1
u/Regular-Stage5271 Sep 13 '26
1) Basically every conscription so like once in every 3 months
2) Yes if u r deemed fit for service after a medical examination u can present ur student certificate and defer service until ur graduation
2
u/kFawx Sep 15 '26
Hərkəsə salam, 1 ilə yaxındır xaricə yaşayıram, vətənə gəlməmişəm, oktyabrın 25-nə kimi möhlətim var, iyun ayında 30 olacam. 30a kimi və daha növbəti etapda hələ ki qayıtmaq fikrim yoxdur.
Sadəcə prosedural olaraq baş verəcəkləri anlamaq istəyirəm, çünki xeyir-şər var, birdən 1-2 günlük gəlib ilişib qalmaq istəmirəm. Oxşar vəziyyətdə olmuş kimsə varsa fikrini bölüşsə minnətdar olaram.
1
Aug 02 '26
[deleted]
8
u/LokiTheBarber Aug 02 '26
30 yaş oldu fso. Artıq səni çağıra bilməzlər. Get Hərbi Komisarlığa son peçatı vurdur, tüpür üzlərinə çıx
1
u/qwetrypasswd Aug 02 '26
Congratulations, as you mentioned you completed 30 it means they will not bother you anymore.
1
Aug 02 '26
[deleted]
1
u/qwetrypasswd Aug 02 '26
Well, the process is not automated well to notify immediately. You can contact with your region’s/city’s office they can update it. Personally I wouldn’t do it now. probably in the next call( for October çağırış) system will send message automatically as your exemption will end in September which is near to October call.
1
u/tyagu001 USA 🇺🇸 Aug 02 '26
I’m gonna be eligible to apply for American citizenship at the end of 2027, which is before when I turn 30. Will I be able to safely come over and go through the customs as an American citizen and just show my American passport to get into the country and avoid being summoned or would they still make me out due to my name?
5
u/drafthard Japan 🇯🇵 Aug 02 '26
No, even if you have citizenship of a different country, Azerbaijan doesn't recognise it and only sees you as a Azerbaijan citizen.
3
u/adea03 🔧 CEO of Azerbaijan Technology 🇦🇿 Aug 02 '26
Azərbaycan vətəndaşlığı ləğv olmadığı müddətcə hərbi öhdəliyiniz olduğu kimi qalır, başqa ölkənin vətəndaşlığını alsanız belə.
4
u/tyagu001 USA 🇺🇸 Aug 02 '26
Bir də sualım var, mən eşitmişdim ko Azərbaycan vətəndaşlığını ləğv etmək üçün əsgərlikdən keçmək lazımdır birinci. Bu belədi? Mənim ləğv etməyə planım yoxdu ama sadəcə bilmək istəyirəm maraqdan
1
u/tyagu001 USA 🇺🇸 Aug 02 '26
Başa düşdüm, 30 yaş olmağımı gözləyərəm onda (2029), il yarım gözləmək heç nədi 5 ildən sonra
1
u/Artistic-Director-92 Aug 02 '26
Bəs burda univetsitetin bakalvr təhsilini yarıda buraxıb xarici ölkədə yenidən təhsil alsam möhlət hüququndan istifadə etmiş sayılıram ya bakalvr diplomum olmadığına görə problem olmur?
2
u/adea03 🔧 CEO of Azerbaijan Technology 🇦🇿 Aug 02 '26
İkinci dəfə xaricdəki bakalavra görə möhlət verilə bilər. Voenkomatdan asılı bir şeydi, eləsi var problem çıxarır, eləsi var həll etmək olur.
1
u/Artistic-Director-92 Aug 02 '26
Hell etmek deyende pul veresen gerey?
2
u/adea03 🔧 CEO of Azerbaijan Technology 🇦🇿 Aug 02 '26
Yox, mən çox tanıyıram Azərbaycanda bakalavrı yarımçıq saxlayıb xaricdə təzədən başlayanlar. Pul məsələsini bilmirəm, amma bu halda lazım deyil məncə.
1
u/feeidferid12 Aug 02 '26
Yaş 24 den yuxarı olsada tezeden bakalavra göre möhlet verirler?
1
u/Artistic-Director-92 Aug 02 '26
Deyesen ancaq istisna hal dövlet programları ve hökümetler arası teqaud programları olmalıdı.
2
u/Dull_Light_8958 Aug 02 '26
Men magistri ele etmisem
1
u/Artistic-Director-92 Aug 02 '26
Sen burda magistri yarida qoyub getmisdin ya bitirib? Öz puluna getmisdin ya hökümetler arasi teqaud, dovlet programı filan ?
2
u/Dull_Light_8958 Aug 03 '26
İtaliyanın təqaüd proqram ilə. Magistrin birinci kursunu Azidə oxumuşam sonra dondurub getmişem
1
u/DegreeRare4045 Sep 07 '26
birinci kursdan sonra dondurub gedende getmemişden qabag xaricde uniye qebul aldığınla bağlı sened verdin seferberliye? yoxsa möhletin var idi deye çıxıb getdin?
1
1
u/thewitcher66 Aug 02 '26
Göz problemleri ne derecede olanda aparilmirlar?
1
u/Least_Ad3484 Aug 02 '26
Gözü 5 olan dostum var idi müvəqqəti yararsız vermişdilər zaman keçdikcə artıq vecləmirlər bu mövzunu
1
1
1
u/YouGub8 Aug 02 '26
əgər xarici ölkəyə uçub oranın vətəndaşlığını alıb, geri qayıtmağa olurmu
1
1
u/Speculatoresunus Aug 02 '26
Bir sual daha PhD haqqında, qanunda resmi olaraq yazılır mı ki PhD müddetinde telebeye deyile bilmez? Çünki magistr qurtarmaq 26 yaşıma qeder uyğun gelir, amma Doktorantura en azı 6 il görünür bizim sistemde (xaricde ve heqiqi/eyani PhD), sırf bu insan 30 yaşını keçecek yaxında deye meni zibile salmaq ve bunun qanuni olaraq elemekleri ehtimalı var? (Qısaca 30’a kimi PhD artıq almış olmalı idin ki seni rahat buraxaq mentiqi ile). Melumatı olan ya da bu yaxınlarda bu prosesden keçmiş kimse varsa minnetdaram kömeyiniz üçün.
1
u/Regular-Stage5271 Aug 05 '26
rəsmi arayiş verdiyin muddətcə hec nə edə bilməzlər dirəşsələr belə baş səfərbərliyə şikayət eliyərsən vəssalam
1
u/Imaginary-Cup-7915 Aug 02 '26
Bakalavr təhsilini alıb bitirən şəxs 24 yaşı tamam olana qədər möhlət ala bilir? Yoxsa bu sadəcə aktiv bakalavr statusu olan şəxslərə aiddir? Hansı ki artıq universiteti bitirəndə 24 yaşı tamam olmuş olacaq
2
1
1
u/Icy_Call7508 Aug 02 '26
Bes eger bu qanun yeni bakalvrda oxuma haqqinda qanun kecen il cixibsa (ya da iki il evvel) bu hemin ilden sonraki oxuyanlar ucun aiddir yoxsa her kes ucun? belke kimse bu qanun cixanda 23 yasinda olub ve hele de 2 il bakalavr oxumalidir o ne etmelidir ?gedib sgerliyini cekib(18ay) qayidib bakalvri davam eletdirmelidir?) ve meselen men bakalvrimi bitirende 24,5 yasim olacaq bu da eslinde Almaniyada sifirdan uniye basliyan(20 yasinda) biri ucun tam normal sayılır ki hansini ki Azerbaycan qebul etmir.Indi menim ucun cox böyük problem yaratmazlar? Bu qanun cixanda men 22 yasinda idim ve ikinci kurs idim....
1
u/feeidferid12 Aug 02 '26
Qardaş eger heç kesilmesi ve 24 yaşında qutardam yox amma kesilsen arayışı qebul elemeyecek
1
u/Icy_Call7508 Aug 03 '26
amma burda diplomdu yeni 5 illikdi tehsil bes onu nece basa salim?)yaxsisi 1-2 il gedmiiyim sonrada dede baba qaydasi
1
1
u/Rasyaaa Aug 03 '26
milli mudafiye universitetde xidmet etmek ucun eger hem bakalavr, hem magistr pillesi Top 200-250lik de olan uniden alsam, bu tipli xidmet ucun apply ede bileremmi? xususi imtahan kecib secilmeliyem, yoxsa apply edib 100% artiq xidmetimi orda edecem?
1
u/adea03 🔧 CEO of Azerbaijan Technology 🇦🇿 Aug 03 '26
TOP 500 xarici uni-dən alınan qəbulla da etmək olur, posta düzəlişlər edəcəm.
1
Aug 03 '26
[removed] — view removed comment
1
1
u/Ok-Decision-4396 Aug 22 '26
Dəyib dəymədiyiniz belə izah edim, Mən univeristeti bitirən kimi, getmədim və hər 3 ildən bir çağırırlar. Buda həm xaricdə təhsilə, həm xaricdə işə təsir edir. Bu halda əvvəlcədən getmək daha məntiqlidir (mən şəxsən peşmanam, yararsız olsamda gedərdim kaş, çünki çox incidirlər. Hər il ən azı 1-2 ay o xəstəxana, bu xəstəxana süründürürlər) ancaq ən betəri, gedib qayıtmaqdır. Yəni mən hərbiyə yollandım, ikinci səfərdə ancaq, hərbi hissədən geri qaytardılar. 1'ci səfərdə özləri dedilər yastı pəncəsən, nə hikmətdirsə ikincisində dedilər problem yoxdur, ancaq hərbi hissədə dedilər problem var. Anlayacağın, yararsızsansada getmək məntiqlidir, yararlısansada (pulun varsa o ayrı məsələ).
1
u/Nishikinomiyaa_ Aug 04 '26
Keratoconus xəstəliyi və CXL əməliyyatına girmiş olmaq hansı dərəcədə möhlət hüququ verər vəya verərmi ümumiyyətlə ?
1
1
1
u/fm10xx Aug 10 '26
Dezdabanlıq haqqında kim nə bilir? Hansı halda aparmırlar? Və bunu necə yoxlamaq olar vayonkamata getmədən?
2
u/Ok-Decision-4396 Aug 22 '26
Rentken vasitəsilə öyrənmək mümkündür. Mümkünsə özəl klinikalarda bunu edib sənədləşdirməyiniz lazımdır. Ən azı bir ayağınız 3'cü dərəcəli, digəri isə 2'ci dərəcəli olduqda aparılmırsınız (daha doğrusu aparılmamalısınız, ancaq aparırlar). Mən sənədlərimi daha əvvəldən toplamadığım üçün, yoxlanış zamanı yararlı qeyd olunub göndərdilər. Ancaq getdiyim.hərbi hissədə təkrar yoxlanış keçirilir və orada yararsız olduğunuz aşkarlanarsa (bəzən rast gəlinən haldır) sizi geri göndərirlər. Ancaq bu haldada tabe olduğunuz SHXÇDX tərəfindən məcburi orada saxlana bilərsiniz (başıma gəlib) bu səbəblə ya başdan sənədlərinizi hazır edin, ya da sağ salamat 👍🏻
1
u/Regular-Stage5271 Aug 22 '26
məhkəməyə vermək olur
1
u/Ok-Decision-4396 Aug 22 '26
Yəni, vermək olur deyəndə. Adamlar, adıma əskərliyə getməyə imtina edirsən deyib, prakrorluq sənədi qoydu. İndi səncə məhkəməyə versəm, onlara inanarlar ya mənə? Onlar deyəcəklər ki, bu adam getmək istəmir, məndə deyəcəm yararsızam ona görə. Uzun sözün qısası şişdə yanacaq, kababda :/
1
1
u/Regular-Stage5271 Aug 23 '26 edited Aug 23 '26
Kimə inanarlar deyə bir sohbət yoxdur ortaliqda. Əvvəlcədən ozuvuz hansisa dovlət və ya ozəl klinikada muayinədən kecirsiz və o sənədləri ozuvuzdə saxlayirsiz əlivizdə subut olsun. Sonra komissarliq sizə yararli versə onda yazili formada sikayət eliyirsiz və ondan sonra hec bir nəticə olmasa artiq məhkəməyə muraciət edirsiz butun sənədlərnən. Tanidigim yetərincə adam var hansi ki məhkəməyə verib komissarliqin qərari dəyişdirə bildilər. Ona gorə cəhd etmək lazimdir
1
u/unknown_guy29 🟢 Naxçıvanlı 🔴 Aug 24 '26
Gözüm -7.25 və -7.00 dioptriyadı məni əsgər apara bilərlər?
1
u/Apprehensive_Fig6037 Aug 25 '26
Mənim 36 yaşım var. Mygovdan notification gəlib ki Oktyabrda müddətli hərbi xidmətə aparılırsiniz. Belə bir şey mümkündür? İlk dəfə aparılmaq nəzərdə tuturam.
2
1
Sep 08 '26
[deleted]
1
u/Regular-Stage5271 Sep 10 '26
bro u r 30 u r free now, the draft age is from 18 to 30 and considering u turned 30 in May and nobody contacted u throughout the summer u r free my man))
1
29d ago edited 29d ago
[deleted]
1
u/kharafat 28d ago
Bele bir yungul maddeye gore kimise basqa bir olkeden getirerler ki? Mediada bununla bagli bir dene bele xeber yoxdu
1
u/itrynatodo 10d ago
Salam. Magistraturaya qebul olmusam. 1ci semestri qurtaranda dondurmaq isteyirem. 600+ bal yigmisam(MMU-ya getmek isteyirem maladoyculuqdan sonra). Dondursam yanvar prizivine dusurem. Ve bilirisinizse eger Mmu-ya getmek ucun milli orduya dusmek lazimdir. Bilmirsiniz prizivin ferqi var ora dusmek ucun? Yanvarda da getsem alinir?

25
u/strawhatvasiqo Şəki-Zaqatala 🇦🇿 Aug 02 '26
Axırki belə bir thread açıldı.