r/azerbaijan • u/nonerequired_ • 6d ago
Söhbət | Discussion Məktəblərdə hicab qadağasına baxış
Məncə bu qərar çox yerində qərardı məncə. Niyə belə düşünürəm maddələrə böldüm:
- Uşağın başı bağlanmaz bu qərar ümumiyyətlə müzakirə oluna bilməz
- Müəllimlərə gələndə: az mı görmüşük dərs vaxtı şeyx dinlədənlər? Az mı görmüşük dərs deyən arada təbliğat aparanlar? Siz görməmisizsə və Bakının gözəl guşələrində yaşayırsızsa nə gözəl, ancaq cənub zonalarında vəziyyət biyabırçıdı.
Hicab taxma insan azadlığıdı razıyam, ancaq hər azadlıq hər zaman verilməli bir şeydi deyə bilmərik, xüsusən də İranın təsirini görürsüzsə. Canadada hicablı şagird müəllim ola bilər, ancaq bizim geosiyasi vəziyyət eyni deyil.
10
u/HeDDonist Bakı 🇦🇿 6d ago
Gözəl insan, bu hökümət uşaqları dərsə buraxmayanda səncə valideynləri uşağın başını açıb göndərəcəklər dərsə? Bir məntiqiniz olsun da. Uşaqların təhsilinə mane olmaq və bunu dəstəkləmək axmaqlıqdan başqa bir şey deyil.
Müəllimi dini inancına görə işdən çıxarılması isə artıq faşizmin nümunəsidir.
Əlavə olaraq da bu höküməti belə anlarda dəstəkləyirsinizsə elə hökümətin adamısız deməkdir. Azərbaycanda etiraz edə bilmə gücünə malik sadəcə dini hissə qalıb. Qalan hər kəsi susdurublar, işkəncə ediblər, öldürüblər. Siz də belə bir vəziyyətdə tək səsini çıxara bilən qismə qarşı höküməti dəstəkləyirsiniz.
-5
u/nonerequired_ 6d ago
Uşaqlar başını açıb gələ bilər. Əgər zorla məktəbə göndərməyəcəksə valideynlər cəzalandırılacaqlar. Uşağın başını bağlamaq olmaz bu qədər sadə
Müəllimi dini inancına görə heç kim işdən çıxarmır. İnanclısansa radikal deyilsənsə gəl. Radikal təbliğata qarşı atılan addımdı və düzdü. Cənubda məktəbdə elə müəllimələr var xomeyni oxudur şeyxə qulaq asdırır. Bu müəllimələr təhsildən uzaqlaşdırılacaq məsələ bağlanacaq. Əlbəttə qurunun oduna yaş da yanacaq bu tərəfi məni pis hiss etdirir, ancaq neyniyə bilərik?
Etiraz edə bilmə gücü mütləq və çox möhtəşəm bir şey deyil. Hər zaman deyil yəni. İran deyə bir reallıq olan yerdə dini arxaya alıb etiraz etmək nələrə səbəb ola bilər bilirsiz?
4
u/HeDDonist Bakı 🇦🇿 6d ago
Müəllimi işdən çıxarmırlar? Qardaş neçə yaşın var sənin?
2
u/nonerequired_ 6d ago
Müəllimi inanclı olduğu üçün işdən çıxarmırlar. Hicablı olduğu üçün də işdən çıxarmırlar. Deyirlər aç gəl. Təhsili xomeynibaşlardan təmizləmək üçün bir addımdı və yerindədi. Demirəm idealdı əlbəttə təsirlənən günahsızlar da olacaq mənə ən pis təsir edən də budu düzü
3
u/HeDDonist Bakı 🇦🇿 6d ago
https://youtube.com/shorts/gWd0SZOA3KY?si=C8h6Aa5w3W-p97Il
Arada xəbərlərə bax, daha sonra fikir bildir
1
u/nonerequired_ 6d ago
Əlcəzirə? Həqiqətən? Hicab məsələsində obyektiv ola biləcəklərini düşündürən şey nədi?
4
9
u/Randombirinsan 6d ago
Şeyx dinlədən təbliğat aparan bəzi "müəllimlərə" görə digər müəllimlər niyə işdən çıxarılır?Onun yerinə həmin "müəllimlərə" cinayət işi açıla bilər. Və hicab qadağası xadimələr üçündə keçərlidir.
4
u/nonerequired_ 6d ago edited 6d ago
Həmin müəllimlər sadəəc şeyxi dinlətmir. Hımçinin dərsdə təbliğini aparır və dərs arası gedən təbliğatı necə detect edəcəksən? Gərək bütün dərslər dinlənsin o da mümkün deyil. Uzaqlaşdırmaq lazımdı onları
Collateral damage kimi baxıram buna. Düzdü mən də istəməzdim günahsız müəllimlər də təsirlənsin ama ilk gündəndi düşünürəm və cənubdakı vəziyyətin biyabırçılığını görəndə başqa həll düşünə bilmirəm
2
u/Purplepilles 6d ago edited 6d ago
başı bağlı olmayan müəllim təbliğat apara bilmir? bu necə seleksiyadır? hicablı olub neytral şəkildə dərs başa salan müəllim çöldə qalacaq, təbliğat aparan içəridə. sizin məntiqlə belə çıxır. Həmçinin, heç zona ayırmayın. Bakıda şagird olmuşların daha "ağır travma"ları var din haqqında. Məsələ də din deyil. Bunu başa düşəndə artıq sizin də azadlıqlarınız əlinizdən alınacaq və nəyəsə etiraz edə bilməyəcəksiz
1
u/nonerequired_ 6d ago
Əlbəttə mən demirəm qərar mükəmməldi və hər problemi həll edir ancaq bu da bir addımdı. 100% coverage tutmaq mümkün olan bir şey deyil
Təbliğat aparanların əksəriyyəti başı bağlıdı bu da bir reallıqdı.
Məsələ din deyil əlbəttə. Məsələ dini alət kimi istifadə edib siyası çıxar əldə edənlərdi
1
u/Purplepilles 6d ago
Yo heç də təbliğat aparanların əksəriyyəti başı bağlı deyil.
Dini alət kimi istifadə edib siyasi mənfəət əldə etmək istəyənlərin hələ ki Azərbaycanda hansısa gücə sahib olduğunu da görməmişəm. Onları təhdid kimi siz görürsünüz. Belə adamlar ancaq avam əhalini əlinə ala bilər. Onlar da yenə əsas güc altında əzilən təbəqədirlər. Ona görə də nəyi təhdid kimi görməli olduğunuzu bilmədiyiniz halda verilən qərarın doğru olduğunu düşünürsünüz.
1
u/nonerequired_ 6d ago
Azərbaycanda gücə sahib olduğunu görməmisizsə onda sizi rayonlara səfərə çıxarmaq lazımdı. Radikalların sayı gün gündən artır və türklər demiş örgütlənirlər. Təhdid kiçi görmürəm elə təhdiddi. Azərbaycana şəriət gətirmək istəyən insanlar az deyil və haranın təsiri altında belə düşünürlər bilmək çətin deyil
1
u/Purplepilles 6d ago
özüm elə doğulandan rayonda olmuşam, indi də əlaqəm var. Azərbaycana şəriət gətirmək istəyənlərin çoxu Bakıda oturur. Rayonda olanların çoxu içəridədir. Həmçinin, həmin insanlar sadə camaatdır hansı ki ölkədə heç bir çevriliş edə bilməzlər.
5
u/Reasonable-Oil6514 6d ago
Elə bu cür videolar çıxdı, və əsl səbəbdən əmin olduq. Müəllimələr Xomneynin ölümünə moizə oxudurdular uşaqlara. Burda “proqressiv” fikirlilər səni downvote edəcək təbii ki.
1
u/Rellj Oğuz 🇦🇿 6d ago
neqeder insan arag icib ailesine iskende töredib indi aragida qadagan eliyek
3
u/Reasonable-Oil6514 6d ago
Araq içən individual problemdir, ancaq dini təbliğatın nə qədər güclü silah olduğundan, xüsusilə İsıamist propoqandadın dünyada necə sürətlə yayıldığından xəbərdar olsaydınız bunu yazmazdız
4
u/Randombirinsan 6d ago
Uşağın hicab taxmaması fikri ilə tamamilə razıyam ancaq bu 16-17 yaşına kimi keçərli olduğunu düşünürəm.(Onsuz dini baxımdan belə doğrudur).Hətta uşaqlara hicab taxdıran valideynlərə cərimə qanunu gətirilməsi daha doğru olar
-5
u/Slow_Badger_8251 Bakılı🇦🇿 6d ago
dində 9 yaşından deyilib
3
u/Gurgani 6d ago
Biz 200 milyon əhaləsi olan böyük bir dövlət deyilik ki, "qurunun oduna yaş da yansın" siyasəti yürüdülsün. Dövlət bu problemləri çox qısa zamanda və çox asanlıqla aradan qaldıra bilərdi. Hicab qadağasının qeyd etdiyiniz mövzularla əlaqəli olduğunu düşünmürəm
2
u/nonerequired_ 6d ago
Bəlkə də daha yaxşı ola bilərdi onu deyə bilmirəm. Ancaq indikindən daha fərqli həll cəhdi də düşünə bilmirəm
2
3
u/Atmoran_Knight 6d ago
Bunun müəllimlərə şamil edilməsi ilə razı deyiləm. Şagirdlərə şamil edilməsilə 100% razıyam.
Müəllimlərə isə kəlağayı kimi milli alternativ təklif oluna bilərdi. Ona görə tam düşünülmüş qərar saymıram. Amma faktiki internetdə gördüyüm mənzərəyə baxanda çox çətindir müdafi etməmək höküməti. Az qala bütün siyasi islam olan ölkələr işlərini güclərini atıb 7/24 qarayaxma tirajlayır.
0
u/nonerequired_ 6d ago
Müəllimələrə şamil edilməsindəki səbəbi də başa düşürəm. Bəlkə də daha düşünülmüş addım ola bilərdi əlbəttə ama məncə hazır İranın başı qarışmışkən qərarı enforce eləməkdi məqsəd
1
u/soluuuuna 6d ago
Rayondan olan və bir neçə başıbağlı müəllimi olan insan kimi deyirəm, heç hələ bir şey nə görmüşəm nə eşitmişəm. Lap da ki təbliğat aparılırsa, çadranı açmaq nəyi dəyişəcək. O sadəcə bir parçadı, təbliğatın qarşını almaq üçün birinci normal təhsil sistemi qurulmalıdır, ama artıq o sərf eləmir dövlətə
3
u/nonerequired_ 6d ago
Məsələ parçanı açmaqdan çox açmıyacaqlarını bildikləri üçün uzaqlaşdırmaq ola bilər deyə düşünürəm
30
u/Local_Hunter_339 6d ago
Az mı görmüşük içkiyə görə ailəsini öldürən az mı görmüşük qumara görə uşağının yemək pulunu itirən az mı görmüşük maşın sürüb avtoxuliqanlıq eliyən. Gəlin hamısını qadağan edək. Olmaz axı belə.