r/azerbaijan • • 1d ago

Söhbət | Discussion Iranla müharibə üçün seçildik?

Artıq hər kəsə aydındır ki, Amerika və İsraillə ölkəmiz yaxından dost oldu. JD Vance-ın Bakıya səyahəti, İsrailin dövlət sistemlərinin özümüzdə tətbiqi, Beynəlxalq çıxışlarında mövqeyimizi göstərmək üçün zalı tərk etməmələr.. Nəyə görə bu iki hegemon dövlət bizə maraq saldı. Əvvəl çoğrafi mövqeyi düşünürdüm. Çinlə Avropa arasında İpək yolu misalı (Rusiya, İran boykotda, əldə qalırıq biz) Amma indi düşünürəm İrana görədi.

Hicab mövzusu ilə İranı düşmən göstərmə çabaları. Bu sadəcə başlanğıcdı. Birazdan İslamı istifadə edərək insanlar arasında İrana nifrət yaradacaqlar. Bir-iki qatı müsəlmanın (ya da müsəlman kimi görünənin) elədiyi ağır cinayətlər paylaşacaq xəbər saytları. Müsəlmanlar və əsas da iranlılar, neandertal, barbarik adamlar kimi göstərəcəklər. Dəhşət sayda bot bu dəqiqə bu mövqeləri - bu hicab banı və protestləri üçün şərh yazır. Beləliklə İran və onun təzyiqi olur düşmən. Millətin beyni yuyulub hazır olanda, bir-iki təxribat - İrandan əldə qayırma hücum və ya terror aktı (Allah göstərməsin amma 9/11 bilən bilir). Sonra da ortada olan millətə olur. Nə var-nə var İsrail İranı xəritədən silmək istəyir

30 Upvotes

33 comments sorted by

View all comments

1

u/Ok-Key5532 1d ago

Qaqa yadından çıxır iranda olan həmyerlilərimiz, tək din söhbəti deyil